"İnter"in futbolçusu maşınla velosipedçini vurub

"İnter"in hücumçusu Lautaro Martines qəza törədib. 
 
Sport7.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. 
 
Xəbərə görə, futbolçu idarə etdiyi avtomobil ilə qadın velosipedçini vurub. Qəza nəticəsində qadın yüngül xəsarət alıb və Milan xəstəxanasına yerləşdirilib.

Zərərçəkən və futbolçunun həyatı üçün heç bir təhlükə yoxdur. Milan polisi fakla bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Martines bu mövsüm "İnter"in heyətində 7 oyunda iştirak edib, 2 qol vurub və bir məhsuldar ötürmə verib.
 
Sport7.az

Xəbər lenti