İntiqam Vəlizadə bürünc medal üçün güləşəcək

İntiqam Vəlizadə bürünc medal üçün güləşəcək

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, son beş sərbəst güləşçimiz də mübarizəyə qoşulub.
 
Yarışa 1/4 finaldan start verən İntiqam Vəlizadə Türkiyə güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında son dünya çempionu Beka Lomtadzeyə məğlub olan həmyerlimiz fevralın 16-da bürünc medal görüşünə çıxacaq.

Hacımurad Hacıyev startda Polşa güləşçisini vaxtından əvvəl üstələsə də, 2 qat dünya və 3 qat Avropa çempionu Frank Çamizoya uduzub.
 
Abubakr Abakarov 86 kq-da debüt görüşündə Latviya idmançısını erkən sıradan çıxarıb. Ancaq Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonov keçilməz olub.
 
Aslanbek Alborov təsnifat mərhələsində macar həmkarına aman verməyib. Ancaq 1/4 finalda Türkiyə pəhləvanına məğlub olub. 
 
Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, daha sonra türk rəqibini vaxtından əvvəl məğlub edib. Lakin 1/4 finalda Polşa güləşçisinə yenilib.

Sözügedən çəkilərdə çəkilərdə təsəlliverici görüşlər bu gün Bakı vaxtı ilə saat 19:00-da, final qarşılaşmaları isə 21:00-da başlayacaq.

61 kq
1/4 final: İntiqam Vəlizadə - Hamza Alaca (TUR) 9:5
1/2 final: İntiqam Vəlizadə - Beka Lomtadze (GEO) 1:2
Bürünc medal görüşü: İntiqam Vəlizadə - Nikolay Oxlopkov (ROU) / Leomid Kolesnik (MDA) 

74 kq
Təsnifat: Hacımurad Hacıyev - Patrik Kriştof Olenjin (POL) 12:2
1/8 final: Hacımurad Hacıyev - Frank Çamizo (İTA) 0:5
Təsəlliverici görüş: Hacımurad Hacıyev - Soner Demirtaş (TUR)

86 kq
Təsnifat: Abubakr Abakarov - İvars Samusonoks (LAT) 10:0
1/8 final: Abubakr Abakarov - Artur Nayfonov (RUS) 2:8
Təsəlliverici görüş: Abubakr Abakarov - Axmed Maqamayev (BUL)

92 kq
Təsnifat: Aslanbek Alborov - Bendequz Tot (HUN) 11:0
1/4 final: Aslanbek Alborov - Süleyman Karadeniz (TUR) 
Təsəlliverici görüş: Aslanbek Alborov - Simyone Yannattoni (İTA)
 
125 kq
Təsnifat: Camaləddin Məhəmmədov - Elhad Hukiç (BİH) 11:0
1/8 final: Camaləddin Məhəmmədov - Tanju Gemici (TUR) 11:0
1/4 final: Camaləddin Məhəmmədov - Robert Baran (POL) 2:12
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov - Yohannes Ludeşer (AUT)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR