İntizam Komitəsindən ötən ay Lənkəranda baş vermiş qalmaqalla bağlı yeni qərar

İntizam Komitəsindən ötən ay Lənkəranda baş vermiş qalmaqalla bağlı yeni qərar

Oktyabrın sonlarına yaxın U-17 liqasında baş tutan "Xəzər Lənkəran" - "Kəpəz" matçında yaşananları yəqin ki, xatırlayırsız.
 
Sport7.az xəbər verir ki, görüşün sonlarına yaxın aləm qarışmışdı. "Xəzər Lənkəran"ın qolundan sonra lənkəranlı azarkeşlər meydana axışaraq, "Kəpəz"in futbolçularına hücum etmişdi. Bu azmış kimi, yerli komandanın oyunçuları da onlara qarışaraq həmkarları ilə dava etmişdi. Nəticədə "Xəzər Lənkəran"dan 9, nömrəli futbolçu, "Kəpəz"dən isə qapıçı Cavid Qurbanov 4 oyunluq cəza almışdılar.
 
Ancaq qərarın düzgün olmadığını hesab edən gəncəlilər Apellyasiya və Arbitraj Tribunalına müraciət ünvanlayaraq cəzanın azaldılmasını istəmişdi. Ancaq Arbitraj Tribunalı onlara tqdim edilmiş faktlara baxaraq onları yenidən İntizam Komitəsinə qaytarıb.
 
İK çıxarılan qərarlara yenidən baxaraq məsələ ilə bağlı aşağıdakı dəyişikliyi həyata keçmirib:

Apellyasiya Arbitraj Tribunalının İntizam Komitəsinə müraciətindən sonra 19 oktyabr tarixində keçirilmiş "Xəzər Lənkəran” – "Kəpəz” matçında baş verənlərə yenidən baxılmasını bildirmişdir. Oyunun videoyazısına baxıldıqdan sonra İntizam Komitəsi 22 oktyabr 2019-cu il tarixli qərarına aşağıdakı əlavəni edir :
"Xəzər Lənkəran” klubunun 14 №-li futbolçusu Mirtaleh Musazadə aqressiv davranışa (rəqibə bilərəkdən zərbə endirdiyinə) görə 4 oyun cəzalanır (maddə 37.3).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR