İnyesta "Kamp Nou"da "Barselona" camiəsi ilə vidalaşdı - FOTOLAR

İnyesta
"Barselona"nın əfsanəsi İnyesta  1996-cı ildə 12 yaşında ikən aşağı yaş qruplarında futbola addımlarını atdığı katalon klubu ilə vidalaşdı.

Sport7.az xəbər verir ki, La Liqanın son turunda keçirilən "Barselona" - "Real Sosyedad" İnyestanın "Barselona"dakı son matçı oldu. Oyundan öncə "kamp Nou"nu dolduran onminlərlə azarkeş "Sonsuz İnyesta" yazısı və sonsuzluq işarəsindən ibarət xareoqrafiya nümayiş etdirdi. Bundan başqa oyundan sonra İnyesta və futbolçu karyerasını bitirən "Real Sosyedad"ın futbolçusu Xabi Prieto birbirilərinə komandanın bayraqlarını hədiyyə etdi.

Hələ mövsüm başa çatmamış "Barselona"dan ayrılma qərarı verən İnyesta son matçda 80 dəqiqə forma geydi. Pablo Alkaserlə əvəzləndiyində uzun müddət alqışlanan futbolçu, oyundan sonra yenidən meydançaya dəvət edildi.

1996-cı ildən bəri "Barselona"nın aşağı yaş qrupundan ibarət komandası "La Marsiya"da futbola ilk addımlarını atan, 2002-ci ildən isə əsas komandanın formasını geyən İnyesta əldə etdiyi uğurlarla klubun əfsanələri arasına adını yazdırdı. 


Ulduz futbolçu katalon təmsilçisində 9 La Liqa, 4 Çempionlar Liqası, 3 UEFA Superkuboku, 3 FİFA klublararası dünya çempionat, 6 İspaniya Kral Kuboku və 7 İspaniya Superkubokunu başı üzərinə qaldırmağı bacarıb.

O 129 dəfə forma geydiyi İspaniya yığmasında 2 Avropa və bir dəfə Dünya Çempionu olub.
 























Xəbər lenti