İqor Ponomaryov “Şöhrət” ordeni ilə təltif edildi

İqor Ponomaryov “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İqor Ponomaryovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sport7.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Ponomaryov "Şöhrət” ordeni ilə təltif edilib.
 

Hazırda "Sabah” FK-nın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərən İqor Ponomaryovun bu gün 60 yaşı tamam olur.

Ponomaryov SSRİ yığmasının heyətində 1978-ci ildə yeniyetmələr arasında Avropa çempionu, 1979-cu ildə gənclər arasında dünya çempionatının gümüş, 1988-ci ildə isə olimpiya oyunlarının qızıl medalçısı olub.

SSRİ çempionatında "Neftçi” və ÇSKA (Moskva) klublarının heyətində çıxış etmiş Ponomaryov, ardıcıl 24 penaltini dəqiq yerinə yetirməklə bu sahədə çempionatın rekorduna imza atıb. Veteran futbolçu SSRİ çempionatının 100 ən yaxşı bombardiri siyahısına düşüb. O, 1989-cu ildə "Norçöpinq”in heyətində İsveç çempionu olub.

2000-2001-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olmuş təcrübəli mütəxəssis, cari mövsümün ilk yarısında "Sabah” FK-da müvəqqəti baş məşqçi vəzifəsində çalışıb.
 
"Sabah" onun rəhbərliyi altında keçirdiyi 7 oyunda 11 xal toplayıb.


Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR