İquain

İquain "Çelsi"yə keçir

"Milan"ın hücumçusu Qonsalo İquain karyerasını "Çelsi"də davam etdirə bilər. 

Sport7.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

Xəbərə görə, hüquqları "Yuventus"a məxsus olan futbolçunu bu qış almağı düşünən ingilislər, yayda da 36 milyon ödəyib İquanini birdəfəlik almağı planlaşdırır. 

Qeyd edək ki, Qonsalo İquain carı mövsümdə A Seriyada 15 matçda meydana çıxıb. 31 yaşlı argentinalı Avropa Liqasında isə 5 oyunda 2 qol vurub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR