İquain ÇL tarixində rekorda imza atdı

İquain ÇL tarixində rekorda imza atdı
"Yuventus"un hücumçusu Qonsako İquain rekorda imza atıb. 

Sport7.az xəbər verir ki, bu Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus" - "Tottenhem" (2:2) oyununda qeydə alınıb. 

30 yaşlı futbolçu liqanın tarixində n erkən dubla imza atmış futbolçu olaraq tarixə düşüb. 

O, start fitindən sonra 8 dəqiqə 7 saniyə ərzində 2 qol vurub.

Qeyd edək ki, əvvəlki rekord 8 dəqiqə 30 saniyə ərzində 2 qol vurmuş "İnter"in futbolçusu Xulo Krusa məxsusdur. O, 2006-cı ildə "Spartak" ilə oyunda fərqlənib. 

Sport7.az

Xəbər lenti