İran klubu "Zirə"nin qonağı oldu - FOTOLAR

İran klubu
"Zirə”nin 12 yaşlılardan ibarət komandası yoxlama oyunu keçirib.

Sport7.az xəbər verir ki, sözügedən kollektiv İranın Şiraz vilayətinin "Hafez” klubu ilə qarşılaşıb.

Aviasiya akademiyasının stadionunda keçirilən görüş zirəlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bundan başqa, Şiraz təmsilçisinin akademiyasının direktoru Ahmad Rezayi ilə "Zirə” akademiyasının koordinatoru Adil Şükürov arasında görüş baş tutub və əməkdaşlıq haqqında razılaşma əldə olunub. Rezayi "Zirə”ni apreldə Şiraz şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət edib.

 

Görüntünün olası içeriği: 2 kişi


 
Sport7.az

Xəbər lenti