İrlandiya millisinin yeni baş məşqçisi müəyyənləşdi

İrlandiya millisinin yeni baş məşqçisi müəyyənləşdi

Futbol üzrə İrlandiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, bu haqda İrlandiya Futbol Federasiyası məlumat yayıb. Qurumun xəbərinə görə sabiq çalışdırıcı Mik Makkarti ilə yolları ayrılandan sonra komandanın başına 48 yaşlı Stepen Kenni gətirilib. 
 
Buna qədər "Bohemiyans", "Derri Siti", "Şemrok Rovers", "Dandolk"da baş məşqçi kimi fəaliyyət göstərmiş Kenni son iki ildi İrlandıyanın U-21 yığmasını çalışdırırdı. 
 
İrlandiya yığması AVRO-2020-nin seçmə mərhələsinin "pley-off"unda Slovakiya ilə qarşılaşacaq. 
 
UEFA koronavirus səbəbindən sözügedən matçları ikinci qərara qədər təxirə salıb. AVRO-2020-nin final mərhələsi isə, gələn il yayda baş tutacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR