İsayev

İsayev "Sabah"da fərdi məşqlərə başlayıb

Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Zirə” ilə qarşılaşacaq "Sabah” hazırlıqları davam etdirir.

Sport7.az xəbər verir ki, komanda bu gün "Bank Respublika Arena”nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıqda bir müddətdi zədədən əziyyət çəkən Aleksey İsayev fərdi məşqlərlə kifayətlənib.  

Premyer Liqanın 2 turundan sonra 3 xal toplayan "Sabah" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

"Zirə” – "Sabah” oyunu sentyabrın 20-də saat 18:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR