İşdən çıxarıldığı üçün 7 milyon qazandı

İşdən çıxarıldığı üçün 7 milyon qazandı
Xəbər verdiyimiz kimi, "Monako” baş məşqçisi Leonardu Jardimi istefaya göndərib. 
 
Sport7.az xəbər verir ki, klub mütəxəssisə müqaviləyə xitam verilməsinə görə kompensasiya ödəyəcək.
 
Portuqaliyalı çalışdırıcı işdən ayrılmasına baxmayaraq, 7 milyon avro qazanıb.

Qeyd edək ki, 2014-cü ildən "Knyazlıq klubu”na rəhbərlik edən 44 yaşlı çalışdırıcı uğursuz nəticələr üzündən istefaya göndərilib. 9 turdan sonra hesabında 6 xal olan "Monako” 2 il öncə komandanı çempion edən mütəxəssisi postundan kənarlaşdırıb.
 
Sport7.az

Xəbər lenti