İsgəndər Cavadov: 

İsgəndər Cavadov: "Klublar Komitəsi PFL-ə alternativ deyil" - MÜSAHİBƏ

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. İK-nin üzvü İsgəndər Cavadovun iclasda müzakirə olunan məslələrlə bağlı Sport7.Az-a verdiyi müsahibəni təqdim edirik.

- Azərbaycan millisinin yeni baş məşqçisi artıq bəllidir. Robert Prosineçkinin seçilməsinə hamı səs verib?
- Bəli, Robert Prosineçkinin baş məşqçi olacağı artıq bir neçə gün əvvəl bəlli idi, səsvermədən sonra bu günkü iclasda rəsmən elan olunub.

- Klublar Komitəsi yaradılıb?
- Bu günkü iclasdan sonra Azərbaycanda Klublar Komitəsi fəaliyətə başlayacaq. Rəsmən olaraq bu barədə əsasnamə  təsdiqlənib.

- Klublar Komitəsinin fəaliyyəti nədən ibarət olacq?
- İlk növbətə komitə hər bir kluba dəstək verəcək.

- Klublar Komitəsinin PFL-ə alternativ kimi görürsünüz?
- Xeir. Bu sırf klublara dəstəkdi.

- Məşqçilər Komitəsinin heyyəti bəllidir?
- Bəli, artıq Məşqçilər komitəsinin tam heyəti bəllidir. Komitənin rəhbəri Vaqif Sadıqov olacaq.

- Daha hansı məsələlər müzakirə olundu?
- Digər məsələlərdən əsas veteranların pensiya məsələsi müzakirə olunub.

- İsgəndər müəllim, Prosineçkinin seçimində əsas nə rol oynadı?
- Ən əsas məqam Prosineçkinin klubların keçirdiyi oyunları canlı izləməsi, hər bir klubla yaxndan maraqlanması olub. 

- Müqavilənin məbləği açıqlandı?
- Bəli, Robert Prosineçki müqaviləyə əsasən ilinə 1 milyon 200 dollar alacaq.

- Prosineçkinin qarşısına hansı hədəflər qoyulub?
- 3 əlrzində Azərbaycanda yaşayacaq. Klublarla yaxından maraqlanacaq. Klub məşqçilərindən daim məsləhtlər alacaq. Ən əsas odur ki bizim yeni oyunçularımız əsas heyətə düşsün.

- Üç illik müqavilə buna əsas verir ki hədəf növbəti tsikl götürülüb?
- Bəli, bacarsa, biz daim ona dəstək verəcəyik.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR