İŞİD Putini hədələdi - DÇ-nin afişasında - FOTO

İŞİD Putini hədələdi - DÇ-nin afişasında - FOTO
Yayda Rusiyada baş tutacaq Dünya Çempionatı ilə bağlı demək olar hər gün yeniliklər olur.

Sport7.az xəbər verir ki, ciddi təhlükəsizlik tədbirləri fonunda baş tutacaq yarışla bağlı təhdidlər bitmir. Bir müddət öncə Lionel Messinin həbsdə olduğu şəkillərlə çıxış edən İŞİD bu dəfə Rusiya prezidentini hədəf alıb. İŞİD "kafir" adlandırdığı Vladimir Putinin isminin yer aldığı təhdid mesajı paylaşılıb. 

Stadionda bomba partladıldığı məqamda və üzərində əlisilahlı bir terrorçunun olduğu afişa paylaşan və oyuların keçiriləcəyi stadionlara hücum mesajı verən terror qruplaşması silahın ucunda Putini hədəf kimi göstərib. Onlar Putinə xitabən "Öldürülən müsəlmanlara görə cavab verəcəksən" ifadəsini yazıblar. 

Terror qruplaşmasının bu son posterinin ilk olaraq "Teleqram" adlı şifrəli mesajlaşma aplikasiyası üzərində görüldüyü, ardından "Tvitter"ə keçdiyi söylənildi.
 
 

Sport7.az

Xəbər lenti