İslamiada: Millimiz çempion oldu

İslamiada: Millimiz çempion oldu
IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

Sport7.az xəbər verir ki, "Baku Crystal Hall”da keçirilən yarışların finalında Türkiyə millisinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan voleybolçuları İslamiadanın qızıl medallarını qazanıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb - 25:12. Lakin ikinci setdə daha dəqiq inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub - 25:20. Voleybolçu qızlarımı dördüncü setdə də gözəl oyun nümayiş etdirərək çempionluğu rəsmiləşdiriblər - 25:21.

Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci, Qırğızıstan yığması isə üçüncü yeri tutub.
 
Sport7.az

Xəbər lenti