İslamiadada 5 medal qazanan Ruslan Lunyov Almaniyaya getdi

İslamiadada 5 medal qazanan Ruslan Lunyov Almaniyaya getdi
Azərbaycan millisinin güllə atıcısı Ruslan Lunyov Almaniyaya gedib.

Sport7.az xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarında 5 medal qazanmaqla rekord vuran 28 yaşlı snayper Almaniyanın Münhen şəhərinə yollanıb.
 
Onun səfərində məqsəd orda keçiriləcək Dünya Kubokunun mərhələ yarışına qatılmaqdı. Lunyov sabah Bakı vaxtı ilə saat 15:00-da hədəf önünə keçəcək. O, ilk cəhdində 25 m məsafədən atəş açacaq.
 
Təmsilçimizin ikinci cəhdi isə mayın 22-də olacaq. O, Bakı vaxtı ilə saat 10:45-də 10 m məsafədən atışda dəqiqliyini yoxlayacaq.
 
Bu gün start götürən yarış mayın 24-də sona çatacaq. 

Sport7.az

Xəbər lenti