İslandiya millisində şok ayrılıq

İslandiya millisində şok ayrılıq
Heymir Hadlqrimsson futbol üzrə İslandiya milli komandasının baş məşqçi postunu tərk edib.

Sport7.az xəbər verir ki, bu barədə İslandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddəti qarşılıqlı razılaşmaya əsasənn uzadılmayıb.

Hadlqrimsson 2011-ci ildən məşqçi kimi çalışdığı yığmaya 2014-cü ildə baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında AÇ-2016-da debüt edib və 1/4 finala qədər irəliləyib. DÇ-2018-də isə islandiyalılar yer aldıqları D qrupunda 1 xalla sonuncu yeri tutub.

Sport7.az
 

Xəbər lenti