İspan klubu Mahirdən imtina edir

İspan klubu Mahirdən imtina edir

İspaniya Sequnda təmsilçisi "Ekstremadura" Mahir Əmrəlinin transferindən imtina edə bilər.
 
Sport7.az xəbər verri ki, klub danışıqlarda ləngimə səbəbindən bu addımı atmaq haqda düşünür. 

Bu arada İspaniyanın "El Periodico" nəşri yazıb ki, "Ekstremadura" "Barselona"nın yetirməsi olan Rafa Mujikanı heyətinə qatmaq niyyətinə düşüb. Bildirilib ki, yay fasiləsində "Barselona"nın B komandasından İngiltərə "Lids"inə keçən 21 yaşlı hücumçunun başqa kluba icarəyə verilməsi planlaşdırılır. "Ekstremadura"nın Rafa Mujika ilə danışıqlarının müsbət getdiyi, onu icarəyə götürəcəyi təqdirdə, Mahir Əmrəlidən imtina edəcəyi iddia olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR