İspan klubu millimizin üzvünə görə apellyasiya şikayəti verdi

İspan klubu millimizin üzvünə görə apellyasiya şikayəti verdi

İspaniyanın 2-ci liqasında çıxış edən "Albasete" millimizin futbolçusu Eddi İsrafilov üçün Apellyasiya Komitəsinə müraciət edib. 

Sport7.az xəbər verir ki, klub 28 yaşlı yarımmüdafiəçinin Sequndanın 36-cı turunda "Rasinq"lə matçdakı sarı vərəqəsinin ləğv olunmasını istəyib. İspaniya mətbuatının məlumatına əsasən müraciətə baxılsa da klubun istəyi təmin olunmayıb. 

"Albasete" 90 avro məbləğində cərimələnib. Bundan əlavə komandanın baş məşqçisi Lukas Alkaras və futbolçu Dani Oyeda sarı vərəqə aldıqları üçün klubu eyni məbləğdə ziyana salıblar. 

"Albasete" səfərdə "Rasinq"i 2:1 hesabı ilə məğlub edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR