"Atletik”in baş məşqçisi Marselino Toral tarixə düşüb.
Sport7.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Superkubokun finalında "Barselona”ya qalib gəlməklə buna nail olub.
Onun rəhbərlik etdiyi komanda həlledici qarşılaşmada kataloniyalıları 3:2 hesabı ilə məğlub edib. Marselinonun başçılığı altında 2019-cu ildə "Valensiya” İspaniya kubokunun finalında "Barselona”nı qalib gəlməyi bacarıb. Bununla ispaniyalı ardıcıl iki finalda "Barselona”nı məğlub edən ilk məşqçi olub.
"Atletik” yarımfinalda İspaniyanın digər nəhəngi "Real”ı mübarizədən kənarlaşdırıb.
Sport7.az