İspaniya Superkubokuna Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək

İspaniya Superkubokuna Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək

Növbəti üç mövsüm ərzində İspaniya Superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək.

"As"ın xəbərinə görə, Səudiyyə Ərəbistanı turnirə ev sahibliyi etmək üçün 120 milyon avro ödəyib. İllik 40 milyon avro Superkubokda iştirak edəcək klublar və İspaniya Futbol Federasiyası arasında bərabər şəkildə bölüşdürüləcək.

Qadınların oyunlara girişinə icazə veriləcəyi bildirilir.

İspaniya Superkuboku 2020-ci ildə 8-12 yanvar tarixləri aralığında keçiriləcək. Turnirdə "Barselona", "Valensiya", "Atletiko" və "Real" iştirak edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR