İspaniya yığmasının yeni baş məşqçisi müəyyənləşib

İspaniya yığmasının yeni baş məşqçisi müəyyənləşib
İspaniya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, komandanın sükanı arxasına "Barselona" sabiq çalışdırıcısı Luis Enrike keçəcək. "Marca"nın yaydığı məlumata görə, İspaniya Kral Futbol Federasiyası 48 yaşlı mütəxəssislə razılıq əldə edib və ona 2 illik müqavilə təklif olunub.
 
Rusiyadakı dünya çempionatının startına bir gün qalmış İspaniya millisinin baş məşqçi postunda dəyişiklik baş verib. Fernando Hiyerro "Real Madrid"ə baş məşqçi təyin olunan Xulen Lopetegini əvəzləyib. Yerronun rəhbərliyi altında yığma 1/8 finaladək irəliləyib. Bu komandanın qarşısını Rusiya (1:1, penaltilərlə 4:3) kəsib.
 
Sport7.az

Xəbər lenti