İspaniyada yeni qalmaqal: “Real” lider olsaydı, çempionatı bitirəcəkdilər”

İspaniyada yeni qalmaqal: “Real” lider olsaydı, çempionatı bitirəcəkdilər”

İspaniyada çempionatının davam etdirilməsiylə bağlı qərar yeni mübahisələrə səbəb olub.

Sport7.az xəbər verir ki, iki aylıq fasilədən sonra La Liqa iyun ayının ortalarında yenidən başlayacaq. Mövsümün tam yekunlaşması üçün 11 tur keçirilməlidi.
Alınan bu qərar xüsusiylə də "Barselona” cəbhəsində narazılığa səbəb olub.

2002-2003-cü illərdə "Barselona”nın prezidenti olmuş Joan Qaspart federasiyanın bu qərarını tənqid edib.

Sitat: "Koronavirus təhlükəsi hələ də davam edir. Elə bu təhlükəyə görə də çempionatın oyunları dayandırılmışdı. İndi nə dəyişdi? Sizi əmin edirəm ki, birinci yerdə "Barselona” yox, "Real” olsaydı, mövsümü bitirər və "Real”ı çempion elan edərdilər”.

Qeyd edək ki, hazırda "Barselona” "Real”ı iki xalla qabaqlayır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR