İspaniyanın 4-cü Avropa çempionluğu

İspaniyanın 4-cü Avropa çempionluğu

Serbiya və Latviyanın ev sahibliyində keçirilən, qadın basketbolçuların Avropa çempionatında qalib müəyyənləşib.

Final görüşündə İspaniya və Fransa milliləri qarşılaşıb. Oyun başdan-sona "matadorlar"ın üstünlüyü şəraitində keçib. Nəticədə 20 xal fərqi ilə qələbə qazanan İspaniya millisi ardıcıl ikinci, ümumilikdə isə dördüncü Avropa çempionluğunu rəsmiləşdirib.

Marta Şarqay 23 xalla matçın ən məhsuldar oyunçusu olub. Fransanın heyətində Sandrin Qrudanın 18 və Bria Hartlinin 17 xalı qələbə üçün yetərli olmayıb.


Avrobasket-2019

Final

İspaniya - Fransa - 86:66
 
 
Qeyd edək ki, Böyük Britaniyanı 81:55 hesabı ilə məğlub edən Serbiya yığması Avrobasket-2019-un üçüncüsü olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR