İstborn (WTA): Plişkova Kerberi məğlub etdi və çempion oldu

İstborn (WTA): Plişkova Kerberi məğlub etdi və çempion oldu

İstbornda keçirilən "Nature Valley International" turnirinə yekun vurulub.

Final görüşündə Karolina Plişkova və Anjelik Kerber üz-üzə gəlib. Rəqibinin bir breykinə üç breyklə cavab verən çex tennisçi ilk seti aktivinə yazdırıb. İkinci setin ilk qeymində servis qıran və sonadək bu üstünlüyü qoruya bilən Plişkova Kerberi 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.


Nature Valley International (Premier)

İstborn, Böyük Britaniya

Final

Karolina Plişkova (Çexiya) - Anjelik Kerber (Almaniya) - 2:0 (6:1, 6:4)


Bu, Plişkovanın cari mövsümdə 3-cü, ümumilikdə isə karyerası ərzində qazandığı 14-cü tituldu.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR