"İstəməzdim ki, Syomin və Muntyanunun işinə qiymət verim" - MÜSAHİBƏ

"Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk ukraynalı jurnalist Mixail Spivakovskiyə geniş müsahibə verib. Sport7.az həmin müsahibənin son - ölkəmizə aid olan hissəsini təqdim edir. 

- Futbol həvəskarlarının və jurnalist həmkarlarımın çoxunu indi bir sual düşündürür: "Niyə?" "Niyə məhz "Qəbələ"yə getdiniz?" Belə deyək, daha ciddi çempionat klublarından sizə maraq yox idi?
- Mənimlə maraqlanan klublar haqda danışmaq və hər hansısa detalları müzakirə etmək istəmirəm. Hazırda mən "Qəbələ"nin məşqçisiyəm və belə qərar verməyimə təsir edən səbəbləri açıqlamağı qeyri-etik hesab edirəm. Çünki mənə iş verənlər çox düzgün insanlardır, məqsəd və ambisiyaları mənimki ilə üst-üstə düşür.   
 
- Azərbaycan klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib ki, "Qəbələ"dəki belə şərait çox Avropa klublarında yoxdur. Demək olarmı ki, yeni komandanızın infrastrukturu sizin şərqə üz tutmağınıza səbəb olub?
- Belə görünür. Qəbələ kiçik şəhərdir. Amma burda futbol klubunun inkişafı üçün lazım olan hər şey var. Bura istər simpatik müasir stadion, istər oyunçular üçün rahat mehmanxanalar, istər yaxşı baza və istərsə də gözəl uşaq akademiyası daxildir. Yerli futbol üçün hər şeyi edən bu adamlar bununla kifayətlənməyi düşünmürlər 
 
- Ötən il Qəbələ MDB-nin mədəniyyət paytaxtı idi. Bu o deməkdir ki, keçmiş qəsəbə sivilizasiyanın oazisinə çevrilib?
- Elədir ki var. Bu, rahat və gözəl kiçik şəhərdir. Burda səmərəli işləmək və ürəkdən istirahət etmək mümkündür.

- "Qəbələ"nin son 2 məşqçisi Rusiya Premyer Liqasının Moskva klublarında çalışıb (əslində Dorinel Muntyanu Moskvada işləməyib - red.). Yetirmələriniz indi hansı futbolu oynayır?
- Mən öz sələflərim - Yuri Pavloviç Syomin və Dorinel Muntyanunu çox yüksək qiymətləndirirəm. İstəməzdim ki, onların işinə qiymət verim. O haqda danışmaq olar ki, mən yeni komandamın oyununu necə görürəm. Ancaq bu artıq telefon söhbəti deyil. Yalnız deyə bilərəm ki, prinsiplərim dəyişməyib. Əvvəlki klublarım - "Dinaburq", "Ventspils", Zaporojye "Metallurq"u və təbii ki, "Çernomorets"də olduğu kimi burda da istiqamət inkişafa yönəlib.

- Mətbuatda yayılıb ki, yeni yerinizdə sizə Mixail Savka və Stepan Matviiv kömək edəcək. Klubda məşqçi Sənan Qurbanov, eləcə də qapıçılar üzrə çalışdırıcı Dmitri Kramarenko qalacaq? "Çernomorets"də sizinlə işləmiş Andrey Qluşenko da ora cəlb olunacaq?
- Mən Odessada mənimlə əməkdaşlıq etmiş məşqçilər heyətini bütünlüklə saxlamaq istərdim...

- Yaxınlarda sizin keçmiş yetirməniz Aleksey Antonovla danışmışdım. Belə qərara gəldim ki, bizim futbol haqda düşüncələrimiz Qazaxıstan və ya Azərbaycan kimi ölkələrdə adi stereotiplər üzərində qurulub...
- Çox nahaq. Düşünmək lazım deyil ki, bu ölkələrdə çempionatlar zəifdir. Azərbaycan Premyer Liqasını Ukraynanınkı ilə müqayisə etmək istəmirəm. Canlı və Qəbələyə səfər öncəsi baxdığım matçlar məni əmin etdi ki, burda futbolun səviyyəsi çox yüksəkdir. 

- Düzdür ki, siz yeni komandanızı ukraynalı futbolçularla, xüsusən də "Çernomorets"li oyunçularla gücləndirməyi planlaşdırırsınız?
- Bəli, gizlətmirəm. Belə istəyim var. Ancaq bu adamların familiyalarını hələ açıqlamayacağam.

Sport7.az

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR