İsveçrədə futbolçuları ildırım vurdu

İsveçrədə futbolçuları ildırım vurdu

İsveçrədə oyun zamanı meydançaya ildırım düşməsi nəticəsində on dörd gənc xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

Sport7.az xəbər verir ki, bu barədə Sankt-Qallen polisi bildirib. Polisdən verilən açıqlamada "Hazırkı informasiyaya görə, ildırım işıq dirəyini vurdu. Elektrik yükü yerə keçdi və meydançaya yayıldı” ifadələri işlədilib.
 
Hadisə nəticəsində hər iki komandadan xəsarət almış 14 gənc xəstəxanalara çatdırılıb. Onların 15-16 yaşları var. Gənclərdən biri xəstəxanaya helikopterlə aparılıb.

Prokurorluq və polis hadisənin başvermə şəraitinin müəyyənləşdirməyə başlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR