"İtaliya A Seriyasının qalibi "Latsio" olacaq" - Klopp

"Liverpul"un baş məşqçisi Yürqen Klopp İtaliya A Seriyasında çempionluq uğrunda gedən mübarizədən danışıb.

Alman mütəxəssis favoritinin "Latsio" olduğunu deyib:

"Məncə, İtaliyada "Latsio" çempion olacaq. "Liverpul"da çıxış etmiş Lukas Leyva indi orada oynayır. Çiro İmmobile də "Latsio"dadı. O, "Borussiya"da rəhbərliyim altında oynayıb. Mən onları dəstəkləyirəm. Məni bağışla, Sarri, amma "Latsio" əla mövsüm keçirir".

Aktivində 56 xalı olan "Latsio" hazırda turnir cədvəlində ikinci sırada qərarlaşıb. Roma təmsilçisi lider "Yuventus"dan 1 xal geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR