İtaliya futbolunda daha bir rəzalət

İtaliya futbolunda daha bir rəzalət

Dünən oynanan "Roma” – "Napoli” qarşılaşmasına utandırıcı olay yaşanıb.

Sport7.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri "Napoli”nin futbolçusu Kalidou Kolibalini hədəfə alan irqçi şüarlar səsləndiriblər.

Nəticədə oyunun hakimi qarşılaşmaya fasilə verməli olub. "Roma”nın kapitanı Edin Dzeko tribunalara gedib və azarkeşlərdən sakit olmalarını istəyib. Stadionda səsgücləndiricilər vasitəsiylə anons edildikdən sonra fanatlar irqçi şüarlarına ara veriblər. Qarşılaşma bundan sonra davam edib. Görüş "Roma”nın 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, mövsümün əvvəlində bəri bir neçə dəfə oxşar hala İtaliya çempionatında rast gəlinib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR