İtaliya klubları Romeronun izində

İtaliya klubları Romeronun izində
İtaliyanın iki nəhəng klubu "Yuventus" və "İnter" eyni futbolçuya "elçi düşüb". 

Sport7.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Xəbərə görə, onlar "Cenoa"nın müdafiəçisi Kristian Romeronun xidmətində maraqlıdırlar. 

Lakin "Cenoa"nın rəhbərliyi Romeronu qışda satmağı düşünmür. Bu səbəbdən futbolçunu ancaq yayda transfer etmək olar. 

Turinlilər 20 yaşlı futbolçunu alıb, bir mövsüm "Cenoa"da saxlamağı planlaşdırır. "Neradzurra" isə onu Joao Mirandeyə əvəzləyici olaraq görür. 

Qeyd edək ki, Kristian Romeronun transfer qiyməti 20-25 milyon avro təşkil edir. 
 
Sport7.az

Xəbər lenti