"Kalyari” baş məşqçisi Eusebio di Françesko ilə müqaviləni uzadıb.
Sport7.az xəbər verir ki, mütəxəssislə 2023-cü ilə qədər yeni müqavilə bağlayıb. Di Françesko 2020-ci ilin avqustundan "Kalyari”ni çalışdırır. Bu müddətdə komanda 5 qələbə qazanıb və eyni sayda heç-heçə edib. 12 matçda isə komanda məğlubiyyətə üzülüb.
12 matçdır qələbə qazanmayan "Kalyari” İtaliya kuboku ilə vidalaşıb, A seriyasında isə 18-ci yerdə qərarlaşıb.
Sport7.az