İtaliya klubu futbolçusunu satır - 50 milyon avroya

İtaliya klubu futbolçusunu satır - 50 milyon avroya

"Napoli” futbolçusu Arkadiuş Miliki satmağa qərar verib.

Sport7.az xəbər verir ki, Neapol təmsilçisi 26 yaşlı polşalı hücumçunu yay transfer dövründə 50 milyon avroya satmağı planlaşdırır. Futbolçu ilə müqavilənin uzadılması barədə razılıq əldə edə bilməyən A seriyası təmsilçisi anlaşma başa çatmamış onu satmağı məqsədəuyğun sayır. Polşalının müqaviləsi 2021-ci ilin yayına qədər olduğundan "Napoli” cari mövsümün sonunda Miliki satmaq fikrindədir.
 
Milik Milan təmsilçilərinin maraq dairəsindədir. Həm "İnter”, həm "Milan” hücumçunu heyətində görmək istəyir.

Milik cari mövsüm 22 oyunda 12 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR