İtaliya millisinin eks-futbolçusu

İtaliya millisinin eks-futbolçusu "Neftçi" və "Qarabağ"ın hədəfində

İtaliyalı yarımmüdafiəçi Diyeqo Fabbrini karyerasını Azərbaycanda davam etdirə bilər. 

Sport7.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Qarabağ" və "Neftçi"nin maraq dairəsinə düşüb. 

Hazırda Rumıniyanın "Botoşani" klubundaçıxış edən Fabbrini yayda azad agent statusu daşıyacaq. O, cari mövsümdə "Botoşani"nin heyətində 19 oyunda meydana çıxıb və 4 qola imza atıb. 

Qeyd edək ki, Diyeqo Fabbrini karyerası ərzində İtaliyanın "Udineze", "Palermo", "Siene", "Spetsi", İngiltərənin "Uotford", "Malluolle", "Midlsboro", "Birminqem", həmçinin İspaniyanın "Ovyedo" klublarında çıxış edib. 2012-ci ildə İtaliya millisinin heyətində də bir oyun keçirib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR