İtaliya nəhəngi loqosunu və adını dəyişir

İtaliya nəhəngi loqosunu və adını dəyişir

İtaliya "İnter"i adını və loqosunu dəyişdirməyi planlaşdırır.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Hazırda italyanca tam adı "İnternazionale" olan Milan təmsilçisinin rəhbərliyi bunu qısaltmaq istəyir. Onlar klubun, ölkə xaricində olduğu kimi, rəsmi şəkildə "İnter" adlandırılmasının tərəfdarıdır. "İnter"in yeni loqosu isə onun futbol komandası imicindən uzaqlaşmasına və qlobal bir media şirkəti olmasına imkan verəcək brendi təmsil edəcək.

Klub rəhbərliyi ev oyunlarının keçirildiyi stadionu ("Cuzeppe Meatsa") da dəyişmək niyyətindədir.

"İnter"in hazırkı adı və loqosu 1908-ci ildə klubun təsisçiləri tərəfindən hazırlanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR