İtaliya Open: Cokoviç və Nadal yarımfinalda

İtaliya Open: Cokoviç və Nadal yarımfinalda

"İtaliya Open"də kişilərin mübarizəsində 1/4 final mərhələsinə yekun vurulub.

Dünya bir nömrəsi Novak Cokoviç Xuan Martin del Potro ilə qarşılaşıb. Serb tennisçi çətin anlar yaşamasına baxmayaraq, sonda 3 saatdan artıq davam edən matçı qalib qismində tamamlaya bilib. "Torpaq kortların kralı" Rafael Nadalın növbəti "qurban"ı Fernando Verdasko olub.

Rocer Feder sağ ayaq barmağındakı ağrılar səbəbindən oyuna çıxmaqdan imtina edib. Nəticədə Stefanos Çiçipas yarımfinala vəsiqəni təmin edib. Mərhələ adlayanlar sırasında Kei Nisikorini mübarizədən kənarlaşdıran Dieqo Şvartsman da var.


İtaliya Open (Masters 1000)

Roma, İtaliya

Kişilər

1/4 final

Novak Cokoviç (Serbiya) - Xuan Martin del Potro (Argentina) - 2:1 (4:6, 7:6, 6:4)

Rafael Nadal (İspaniya) - Fernando Verdasko (İspaniya) - 2:0 (6:4, 6:0)

Dieqo Şvartsman (Argentina) - Kei Nisikori (Yaponiya) - 2:0 (6:4, 6:2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR