İtaliya Open: Osakadan imtina qərarı, Plişkova yarımfinalda

İtaliya Open: Osakadan imtina qərarı, Plişkova yarımfinalda

"İtaliya Open"də qadınların mübarizəsində 1/4 final mərhələsinə yekun vurulub.

Dünya bir nömrəsi Naomi Osaka sağ əlindəki zədə səbəbindən oyuna çıxmaqdan imtina edib. Belə olan halda, Kiki Bertens birbaşa yarımfinala yüksəlib. Karolina Plişkova 2 saat 28 dəqiqə davam edən matç sonunda Viktoriya Azarenkonu mübarizədən kənarlaşdırıb.

Mərhələ adlayanlar sırasında Yohanna Konta və Mariya Sakkari də var.


İtaliya Open (Premier 5)

Roma, İtaliya

Qadınlar

1/4 final

Karolina Plişkova (Çexiya) - Viktoriya Azarenko (Belarus) - 2:1 (6:7, 6:2, 6:2)

Yohanna Konta (Böyük Britaniya) - Marketa Vondrouşova (Çexiya) - 2:1 (6:3, 3:6, 6:1)

Mariya Sakkari (Yunanıstan) - Kristina Mladenoviç (Fransa) - 2:1 (5:7, 6:3, 6:0)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR