İtaliyada Cengiz Ündər "fırtınası"

İtaliyada Cengiz Ündər
Keçən həftə "Roma"da ilk qolunu vuran Cengiz Ündər bu turda da adından bəhs etdirdi. 

Sport7.az xəbər verir ki, "Benevento" ilə oyunda da meydana çıxan 20 yaşlı futbolçu  5:2 hesablı qələbə qazandıqları matçda şou göstərib. 

İki qol və bir məhsuldar ötürmə ilə yaddan qalan Cengiz oyunun ən yaxşısı olub. 

İtaliya mətbuatında gündəm olan gənc futbolçu haqda məqalələrdə "Cengiz "Benevato"nu yerə sərdi", "Roma" türk mücəvhəri tapdı" kimi başlıqlar yer alıb. 

Qeyd edək ki, Cengiz Ündər İtaliya çempionatının 23-cü turunda "Verona” ilə oyunun 45-ci saniyəsində qol vuraraq komandasına qələbə qazandırıb.
 
Sport7.az





Xəbər lenti