İtaliyada doğulmuş, Braziliya əsilli ispan ulduz rəsmən

İtaliyada doğulmuş, Braziliya əsilli ispan ulduz rəsmən "Liverpul"da

"Liverpul" "Bavariya"nın futbolçusu Tyaqo Alkantaranı transfer edib.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. Onun tibbi baxışdan keçəcəyi və avqustun 1-də sözləşməyə rəsmi şəkildə imza atacağı bildirilib.
 
Məşhur braziliyalı futbolçu Mazinyonun oğlu olan yarımmüdafiəçi "Barselona"nın yetirməsidir. Braziliya əsilli, İtaliyada doğulmuş, İspaniya millisinin oyunçusu "Bavariya"ya 2013/2014 mövsümündə keçib.
 
Ötən mövsüm Alkantara 24 oyuna 3 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR