İtaliyada maraqlı transfer: 17 gün əvvəl satdığı futbolçunu geri aldı

İtaliyada maraqlı transfer: 17 gün əvvəl satdığı futbolçunu geri aldı

İtaliya futbolunda maraqlı transfer hadisəsi baş verib.

Sport7.az xəbər verir ki, "İnter" bir müddət öncə 19,5 milyon avroya "Cenoa"ya satdığı Andrea Pinamontini 17 gündən sonra 20 milyon avroya geri alıb.

Əvvəlcə Genuya təmsilçisi 2019/2020 mövsümünün əvvəlində icarəyə götürdüyü 21 yaşlı hücumçunu müqaviləsindəki bəndə əsasən onu birdəfəlik alıb. Milan klubu isə sözləşmədəki gerialma maddəsi ilə italiyalı forvardı komandaya qaytarıb.

İtaliyanın U-20 millisinin də formasını geyinən Pinamonti "İnter"in yetirməsidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR