İtaliyaya gedir

İtaliyaya gedir

A Seriyasının cari mövsümdəki nəticələrindən narazı qalan "Fiorentina" rəhbərliyi baş məşqçi dəyişikliyi planlaşdırır.

Sport7.az xəbər verir ki, Florensiya təmsilçisi Cüzeppe Yakininin əvəzinə yeni çalışdırıcı axtarışına başlayıb. 

A seriyası klubunun sükanı arxasına keçməyə ilk namizəd ispaniyalı Unay Emeridir. Ötən ilin sonunda "Arsenal"dan ayrılandan sonra işsiz qalan mütəxəssislə danışıqlara start verilib.
 
Rəhbərlik növbəti mövsüm komandanı "Valensiya", "Spartak", "Sevilya", PSJ kimi klublara rəhbərlik etmiş 49 yaşlı ispaniyalıya tapşırmaq fikrindədir.
 
Hazırda A seriyasında 29 turdan sonra "Fiorentina" 13-cü pillədə qərarlaşır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR