İtalyan klubu aksiyaçı çobanlara dəstək verdi - FOTO

İtalyan klubu aksiyaçı çobanlara dəstək verdi - FOTO

A Seriyasında bu gecə baş tutacaq "Milan" - "Kalyari" matçı keçirlməmə təhlükəsi ilə üz-üzə qalıb.

Sport7.az xəbər verir ki, buna səbəb çobanların yola çıxaraq etiraz aksiyası keçirməsi olub. Sardinya Adasında çobanların həyata keçirdiyi aksiya az qala "Kalyari"nin oyuna çıxmamamasına səbəb olacaqdı. 

Məsələ burasındadı ki, südün qiymətinin baha olmasına etiraz edən aksiyaçılar istehsal etdikləri məhsulları yollara tökərək və bir çox yerlərdə yolları bağlayaraq aksiyanı həyata keçirib. Hətta bir qrup şəxs də "Kalyari"nin məşq bazasına gedərək, klub rəsmiləri ilə görüşüb. Çobanlar "Kalyari"nin futbolçularını da onlara dəstək verməsinə və etiraz olaraq "Milan"la oyuna çıxmamağa çağırıb. Çobanlar bunu edəcəkləri təqdirdə mətbuatın baş verənləri ışıqlandıracağını və bununla da onların səslərinin hər yerə çatacağını bildiriblər. 

Komandanın avtobusunun Milana yollanmasını əngəlləməyə çalışan çobanları klubun direktoru Mario Pasetti sakitləşdirməyə çalışıb. O "Milan"la matça çıxmayacaqları təqdirdə bunun komandaya böyük zərər verəcəyini bildirib. "Kalyari" futbolçuları ilə çobanları ortaq məxrəcə gətirn addımı isə komandanın kapitanı atıb. İtalyan futbolçu Nikolo Barella və onun bəzi komanda yoldaşları aksiyaya dəstəyini rəmzi hərəkətlə göstərib. Futbolçular alminium süd qablarındakı südləri yerə tökərək çobanlara dəstək verib. 

"Milan" - "Kalyari" matçı bu gecə saat 23.00-da baş tutacaq.
 

 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR