İtkin düşmüş alpinistlərdən SON MƏLUMAT

İtkin düşmüş alpinistlərdən SON MƏLUMAT
Bu gün Quba rayonu ərazisində itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarış işləri davam edib.

Sport7.az xəbər verir ki, bu barədə Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından məlumat verilib.
 
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib.
 
Sport7.az

Xəbər lenti