"Çıxış yolu, futbolçuları xaricə göndərməkdi" - Yunis Hüseynov

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov əsas yığmamızın fiaskosu haqda fikirlərini bildirib.

O Sport7.az-a açıqlamasında, həm uğursuzluq həm də çıxış yolları haqda danışıb: "1 xal toplamağımız çox pis oldu. Əlbəttə bu tsikl üçün yaxşı nəticə deyil. Bunu heç kim inkar edə bilməz. Ancaq irəliyə, gələcək tsikllərə baxmaq lazımdı. Hamımız istəyirik ki, millimiz yaxşı nəticə göstərsin. Həmişə bu fikirləri səsləndirmişəm ki, yerli futbolçularımız xaricdə oynamalıdı. Bu halda millimiz səviyyəli oyun göstərə bilər. Futbolçuları xaricə göndərməyə çalışmaq lazımdı. Demirəm ki, gedib ən yaxşı klublarda oynayacaqlar. Söhbət ondan gedir ki, Azərbayacandan kənarda legioner həyatı yaşasınlar".

Yunis bəy çıxış yolunun məhz bunda olduğunu bildirdi: "İlk növbədə çıxış yolu, bəli, futbolçuları xaricə göndərməkdi. Baxırsız ki, Kosovonun neçə futbolçusu xarici klublarda oynayır? Ona görə də onların yığması əməlli-başlı futbol sərgiləyirlər. Hər komandaya başağrısı olurlar. Futbolçuların legioner həyatı yaşaması başqa bir şeydi. Başqa faktı da deyim. Emil Balayev Qazaxıstan çempionatında oynayır. Demirəm ki, Qazaxıstan çempionatı ən güclüdü. Lakin Emil legioner həyatı yaşayır. Həm ustalıq səviyyəsi, həm özünəinamı artıb. Ramil Şeydayev Rusiya çempionatında oynayır. Görürsüz ki, seçilir. Yerli futbolçularımızn da potensialı var. Onlar xaricdə oynasalar, artım olacaq ki, bu da ümumi futbolumuza, millimizə faydalıdı".

Hüseynov sözlərinə bunu da əlavə etdi: "Hamı bilir ki, 1 xal pis nəticədi. Günah elə hamımızdadı. Hamılıqla çalışmalıyıq ki, millimizə kömək edək. Hardasa səhvlər olursa, deməli hamımızın səhvidi. Konkret baş məşqçini, futbolçuları ya kimlərisə günahlandırmaq düz olmaz. Dərindən fikirləşib yoluna qoymaq lazımdı".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR