"Çıxışımı təhlil etdikdən sonra başa düşdüm ki..." - Ukraynalı gimnast

"Milli Gimnastika Arenasında yarışların təşkili hər zaman ən yüksək səviyyədədir".

Sport7.az xəbər verir ki, bunu batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalçısı, ukraynalı gimnast Darina Kozyarskaya deyib. O bildirib ki, yarışlardan əvvəl məşqlər əla keçib, amma təsnifat yarışında kiçik qüsurlar qeydə alınıb: "Bugünkü çıxışımı təhlil etdikdən sonra başa düşdüm ki, nəyi isə buraxmışam. Yəqin ki, yorğunluq özünü göstərib. Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Çox şadam ki, Dünya Kuboku məhz burada keçirilir. Burada təşkilat həmişə ən yüksək səviyyədədir. Həm də ona görə məmnunam ki, 2021-ci ildə Bakıda batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək”.
 
Dünən Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq. Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” Kuboku da təqdim olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR