Jelko Sopiç:

Jelko Sopiç: "Hamı sübut etməlidir ki, oynamaq istəyir"

"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Kubokunun 1/8 final mərhələsində qarşılaşdıqları "Ağsu" ilə oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib: "İlk hissədə istədiyimiz kimi oynamadıq. Birinci yarıda sərgilədiyimiz oyundan razı qalmadım. Fasilədə uşaqlara dedim ki, indi hamı sübut etməlidir ki, həqiqətən oynamaq istəyir. Qalib gəldik. Hesabı normal qəbul edirəm. Bu gün gənclərə də şans verdim. Onlara liderlik etməsi üçün Kərim Diniyev və Məhəmməd Mirzəbəyovu da oynatdım. Hava çox soyuq idi, belə havada oynamaq çətindir. Hansı hesabla qalib gəlməyimiz mənim üçün önəmli deyil.

Növbəti mərhələdə "Qəbələ” ilə oynayacağıq. Bu qarşılaşma fərqli olacaq. Bu gün daha çox gənclərə şans verdik. "Qəbələ” ilə iki görüşümüz olacaq. Həmin oyunlarda ideal heyətə üstünlük verəcəyik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR