Jiru karyerasını

Jiru karyerasını "Barselona"da davam etdirə bilər

"Barselona" hücumçu axtarışlarını davam etdirir.

Katalon klubu Luis Suaresin 4 aylıq sıradan çıxması ilə əlaqədar olaraq qış "transfer pəncərəsi"ndə ön xəttini gücləndirmək niyyətindədi.

"Diario Sport"un xəbərinə görə, "Barselona" "Çelsi"nin hücumçusu Olivye Jiru ilə maraqlanır. "Blauqrana" fransız futbolçunu satınalma opsiyası olmadan icarəyə götürmək istəyir. Jiru üçün bu məsələ problem yaratmır.

"Barselona" ilə yanaşı, "İnter" və "Aston Villa" da 33 yaşlı forvardın xidmətində maraqlıdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR