Joze Alesio da Silva: “Bu işdə mənə təcrübəli oyunçular kömək edəcəklər”

02 Avqust 2018, 18:08
02 Avqust
2018
18:08
212
Futzal üzrə Azərbaycan milli komandasının və "Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva AFF-yə müsahibə verib.
Sport7.az həmin müsahibəni təqdim edir.
- Əvvəlcə futzal üzrə UEFA Çempionlar Liqasının püşkünün nəticəsini dəyərləndirərdiz.
- Rəqiblərimizdən konkret birinin adı dəqiqləşib. Söhbət Slovakiya çempionu "Luçenec”dən gedir. Oyunlar da bu komandanın meydanında keçiriləcək. Digər iki komandanın adı isə sentyabrın əvvəllərində bilinəcək. Onlar dəqiqləşdikdən sonra fikir bildirmək olar. İndi isə hazırlaşır və rəqiblərimizi gözləyirik.
- Həmin komandaları ilkin mərhələdə çıxış edəcəklər. Bu baxımdan, təhlükə hiss edirsizmi?
- "Araz” B yolunda qərarlaşan qrupda yer alıb. Bu o deməkdir ki, ancaq qrup qalibi mübarizəni davam etdirəcək. Deməli, hansı mərhələdən mübarizəyə başlamasından asılı olmayaraq bütün rəqiblər təhlükəlidir.
- Strategiyanın dəyişməsi, "Araz”ın legionerlərdən imtina etməsi işinizə necə təsir edəcək?
- Açığı, legioner oyunçular istənilən klub üçün hər zaman vacib olub. Onlar həqiqətən komandalarına çox kömək edirlər. Xüsusilə də braziliyalı futzalçılar dünyada ən güclülərdəndir. Ancaq klub rəhbərliyi bu cür qərar qəbul edib və artıq özümüz üçün yeni yol müəyyənləşdirmişik. Təcrübəli və gənc yerli oyunçulardan ibarət komanda quracağıq. Əlbəttə, Çempionlar Liqasında çətin olacaq. Amma mübarizəmizi davam etdirəcəyik. Rəhbərlik deyib ki, bacardığımızın ən yaxşısını edək.
- Bu gün "Araz”da qapıçıları da saysaq 6-7 yerli futzalçı var. Bəs boşluğu doldurmaq mümkün olacaqmı?
- Dünəndən məşqlərə başlamışıq. Təbii ki, vəziyyət kritik deyil. Nəzərimizdə olan oyunçular var. O cümlədən Vitali Borisovu komandaya dəvət etməyi düşünürk. Bildiyiniz kimi, o, son iki mövsümü Serbiya çempionu "Ekonomac”da keçirib. Təcrübəli futzalçı hazırda klubsuzdu. Başqa futzalçılar da var ki, onları məşqlərə dəvət edəcəyik. Əlbəttə, aralarında gənclər də var. Marat Salyanski ilə birgə axtarışlarımız davam edir. Yenə deyirəm, maraqlı bir dönəmə qədəm basırıq. Gənclərlə işləmək həm çətin, həm də maraqlı olacaq. Bu işdə mənə təcrübəli oyunçular kömək edəcəklər. Aydın məsələdir ki, qısa vaxtda əvvəlki nəticələri tələb etmək, gözləmək mümkün olmayacaq. Nəticə heç vaxt dərhal əldə edilmir. Bu haqda federasiya prezidenti ilə danışığımız olub.
- Gənclərdən söz düşmüşkən, artıq U-19 yığması da seleksiya xarakterli məşqlərə başlayıb. Onların hazırlıq prosesini izləmisizmi?
- Bakıya avqustun 1-də qayıtmışam və axşam "Araz”ın məşqi olub. Sabah U-19-un məşqini izləyəcəm. Bu komandanın yaradılmasından xəbərim var. Ağatahir Əzimova güvənirik.
- Bu komandaya kim rəhbərlik edəcək?
- Futzal üzrə həm əsas, həm də digər yaş qrupları üzrə yığma komandaların baş məşqçisi mən olacam. Ağatahir Əzimov bu komanda üzrə köməkçi məşqçi kimi çalışacaq. Qapıçılarla Ağakərim Həsənov məşğul olacaq. Fiziki hazırlıqla bağlı Namiq Quliyevin xidmətindən istifadə edəcəyik. Bu komandanın üzvlərini məşq prosesində izləyəcəm. Ola bilər, "Araz”a dəvət etdiklərim olsun. Bildiyiniz kimi, UEFA bu yaş qrup arasında gələn il Avropa çempionatı təşkil edəcək. Gəncləri həmin oyunlara hazırlamalıyıq.
- Çempionatla bağlı gözləntiniz necədi? "Araz”ın legionerlərdən imtina etməsi digər klubları stimullaşdıracaqmı?
- Təbii ki, digər komandalar üçün yaxşı motivasiya olacaq. Çalışacaqlar "Araz”ın hegemonluğuna son qoysunlar, bizi udsunlar. Rəqabət artacaq. Ancaq biz legionerlərdən imtina etmişik, ancaq çempionluq iddiamızdan əl çəkməmişik.
- Ötən çempionatın gümüş medalçısı "Marafon Futsal” və rəqibləri üçün başağrısı olan "İtaldizain” hələ ki, Yüksək Liqada oynamaqla bağlı müraciət etməyib.
- Onlar arxada qalan mövsümə rəqabət gətirmişdilər. Bildiyimə görə, iki yeni komanda qoşulacaq çempionata. İranlı futzalçılarla gücləniblər (gülür). Yeni mövsümün də çox maraqlı və rəqabətli keçəcəyinə inanıram. Yaxşı hazırlaşmalıyıq ki, çətinliyin öhdəsindən gələk, titulumuzu qoruyaq.
- Yığma ilə bağlı planlarınız necədir?
- 2019-cu ilin payızına qədər milli komanda heç bir rəsmi oyunda iştirak etməyəcək. Ancaq bu ilin dekabrında beynəlxalq turnirə qatılacağıq. Buna görə də noyabrda millinin 2 həftəlik hazırlıq prosesi planlaşdırılıb.
- Ancaq yerli çempionatda iştirak edəcək futzalçıları dəvət edəcəksiz?
- Əgər ehtiyac duysaq, hazırda ölkə xaricində çıxış edən oyunçulara da dəvət göndərəcəyik.
Sport7.az
Digər xəbərlər
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
Elşad Əhmədov: "Barselona" ilə də oynasaq..."
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Sənan Qurbanov: "Hər saniyə "Keşlə" ilə oyuna köklənməliyik"
-
Ölkə Futbolu, Müsahibə, Manşet
"Səbail" rəsmisi: "Apellyasiya şikayəti verəcəyik"
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
"Bakı"nın problemi maliyyə ilə bağlı deyildi" - Sərt ittihamlar
-
Ölkə Futbolu, Müsahibə
Cavadov: "Şərtlər tam olaraq ürəyim istəyən kimi deyil"
-
Ölkə Futbolu, Müsahibə
Ayxan Abbasov: "Milliyətini danmadığına görə onu günahlandıra bilmərik"
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Naci Şensoy: "O ləkəni üzərindən silməsi mümkün deyil"
-
Ölkə Futbolu, Müsahibə
Yığmamızın baş məşqçisi: "Uşaqlar sona qədər həyəcanlı idilər"
Xəbər lenti
-
22:56Azərbaycanlı futbolçu xarici klubla anlaşdı
-
21:39“Qəbələ”dən məktəblilərlə növbəti görüş
-
20:24Qurbanov Arazı əvəzedici komandaya göndərdi
-
18:54Zayon Uilyamsonun zədəsi ciddi deyil - VİDEO
-
18:25"Atletiko" Oblakla müqavilə yeniləyəcək
-
17:56NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO
-
17:37Dünya çempionluğuna aparan yol: Futbol robotu
-
16:38"Atletiko"nun futbolçusu Çempionlar Liqasında həftənin oyunçusu seçildi
-
16:18Avropa Liqası: 1/8 finalın püşkü atıldı
-
15:27Elşad Əhmədov: "Barselona" ilə də oynasaq..."
-
15:10"Fulhem" Ranyerini istefaya göndərə bilər
-
15:03Futbol qaydaları: Oyun üçün meydan
-
14:40FIFA-dan "Çelsi"yə transfer qadağası
-
14:16Azərbaycan çempionatı start götürdü
-
14:13Millimizin üzvləri ilə görüş keçirildi
-
14:01Lüis Həmilton: "Bu mövsüm daha aqressiv Bottas görəcəyik"
-
14:00Sənan Qurbanov: "Hər saniyə "Keşlə" ilə oyuna köklənməliyik"
-
13:43Halep və Plişkova mübarizəni dayandırdı
-
13:07Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayırlar
-
13:0510 gün qalıb! Rusiya, Çin, Azərbaycan
-
12:52Modriçin "Real"da qalıb-qalmayacağı dəqiqləşdi
-
12:36Avroliqa: "Efes" "Olimpiakos"u məğlub etdi, ispanların duelindən "Barselona" qalib ayrıldı
-
11:43“Bir gəncin manifesti”
-
11:39NBA: "Miluoki" "Boston"u məğlub etdi, "Leykers" "Hyuston"dan üstün oldu
-
11:29AFFA Klublar Komitəsinə yeni sədr seçilib
-
11:16Avropa Liqasında həftənin oyunçusu kim olacaq? - Namizədlər
-
11:14"Leylanın xətrinə futbolu sevdim" - Ömər Xəyyam
-
09:51"Sabah"ın qələbəsi, "Zirə"nin məğlubiyyəti (VİDEO)
-
09:40Qardaş "silləsi"
-
09:11"Səbail" rəsmisi: "Apellyasiya şikayəti verəcəyik"
-
02:19"Çelsi" - "Malmö" - 3:0 (VİDEO)
-
02:11"Benfika" - "Qalatasaray" - 0:0 (VİDEO)
-
02:05London nəhəngləri mərhələ adladılar, "Qalatasaray" və "Fənərbağça" mübarizəni dayandırdı
-
00:03"Zenit" - "Fənərbağça" - 3:1 (VİDEO)
-
00:01"Arsenal" - BATE - 3:0 (VİDEO)
-
20:45"AVRO-2021": Millimizin rəqibləri müəyyənləşdi
-
20:41Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçildi
-
18:05Birinci Divizionda darmadağın
-
17:50"Liverpul"un əfsanələrindən biri olmaq istəyirəm" - Van Deyk
-
17:20PSJ açıqladı: Neymar Braziliyaya yollanır
-
17:15Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlandı
-
16:11Belçika necə dünyanın ən böyük futbol güclərindən birinə çevrildi? - 7 yanaşma
-
16:02Premyer Liqada 19-cu turun cədvəli
-
15:14Azərbaycanlı futbolçu Panenkanın klubunda
-
14:57Məzahir Süleymanzadənin həyat yoldaşı vəfat edib
-
14:44Bakı klubu transferlərə niyə pul tapmayıb?
-
14:14Bütün oyunlar eyni saatda
-
14:08"Qarabağ" "Yuventus"a sataşdı (FOTO)
-
14:06"Neftçi" və "Qarabağ"ın oyunlarının saatı açıqlandı
-
14:02Ulduz futbolçular Bakıya gələcək (SİYAHI)
22 Fevral 2019
21 Fevral 2019