Jurnalistə bu federasiyada vəzifə verildi

Jurnalistə bu federasiyada vəzifə verildi
Azərbaycan Güləş Federasiyasına yeni təyinat olub.

Sport7.az xəbər verir ki, "futbol+” qəzetinin jurnalisti Sərxan Musalı federasiyaya yeni mətbuat katibi təyin olunub.

Onun yeni vəzifəsinə rəsmi təyinatı oktyabr ayında gerçəkləşəcək.

Bu barədə faktı S.Musalı özü Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, Mayis Musayev AGF-nin mətbuat katibi postundan bir müddət əvvəl öz istəyi ilə istefa vermişdi. 

O hazırda Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
 
Sport7.az

Xəbər lenti