Kamal Quliyev:

Kamal Quliyev: "O, "Qarabağ"ı vəziyyətdən çıxaracaq yeganə futbolçudu"

Azərbaycanlı mütəxəssis Kamal Quliyev "Neftçi" və "Qarabağ"ın avrokuboklardakı şansını dəyərləndirib.

2012/2013 mövsümündə APOEL-i məğlub edərək Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan "Neftçi"də, həmin vaxt məşqçi kimi çalışan Kamal bəy Sport7.az-a açıqlamasında bunları söyləyib: "Deyə bilmərəm o vaxt möhtəşəm qələbəmizdən sonra APOEL-in heyəti nə dərəcədə zəifləyib və ya güclənib. AB-hava belədi ki, "Qarabağ"ın futbolçuları psixoloji cəhətdən son dərəcə köklənməlidilər. Çünki Kiprdə azarkeşlər hər yola əl atacaqlar ki, futbolçuların psixologiyasını pozsunlar. Bizim oyunda türk bayrağına qədər hər şeyi yandırdılar. Oyundan sonra isə azarkeşlərin əlindən 2 saata yaxın stadionda qaldıq, bizi ordan çıxara bilmirdilər. Polislər bizi müşaiyət edirdi. Azarkeşlər 90 dəqiqə susmurdular. Bunlar vacib şərtlərdi. Şanslara gəlincə, hər bir rəqibə qarşı oynamaq olar. Neçə il əvvəl "Neftçi" bunu edə bilibsə, "Qarabağ" niyə də bacarmasın? Sadəcə, son dərəcə oyuna hazır olmaq lazımdı. Oyuna gəlincə, bizim dediyimiz kimi olmur. "Qarabağ"ın özünəməxsus üslubu var. Bunu hamı bilir ki, hücum futbolu nümayiş etdirir. Ancaq "Qarabağ" öz usubunda oynasa belə, əsas odu ki, yaradılan qol vəziyyətlərindən yararlansın. O vaxt bizim qələbəmizi Allah istədi. Vobayın 40 metrdən vurduğu zərbə rəqibi "sındıran" və ruhdan salan qolla nəticələndi. Ələ düşən fürsətdən maksimum yararlanmaq lazımdı".

O, sabiq klubu "Neftçi" ilə bağlı bunları dedi: "İtalyan mütəxəssis gələndən, komanda belini əks hücumlara bağlayıb. Müdafiə futbolu  oynayırlar. Əks-hücumlarda rəqibi yaxalamağa çalışırlar və hələ ki, buna nail olurlar. "Neftçi" güclü rəqiblə üz-üzə gəlmnəyib ki, komandanın əsl gücünü, Bordinin gedişlərini görək. Çempionatdan bəri şablon oyun üslubu sərgiləyir. Avrokuboklarda yeni, taktiki gedişlər, oyunda dəyişikliklər və sair, gözə çarpan heç nə yoxdu. Əlbəttə, "Arsenal" oyundan əvvəl tərifləndiyi qədər güclü komanda deyildi. Sizə deyim ki, məsələn, aşağı-yuxarı "Zirə" kimi komandadı. Açığı mən tam başqa futbol gözləyirdim. Çünki Rusiyada, fiziki, güc futboluna üstünlük verilir. Tam başqa oyun gözləsəm də, əksini gördüm. "Arsenal" Avrokuboklara necə düşməsi məndə şübhə doğurdu. "Bney Yehuda" da aşağı-yuxarı "Arsenal"la eyni səviyyədə olan komandadı. Ola bilər hansısa cəhətdən bir balaca zəif və ya üstün cəhətləri var. Amma ümumilikdə rus futbolu yəhudilərinkindən üstündü. "Neftçi" rahat keçməlidi. Biz də istəyərik ki, Azərbaycanlı azarkeşləri sevindirsinlər".

"Neftçi" israillliləri keçsə "Malmö" (İsveç) - "Zriniski" (Bosniya və Hersoqovina), "Qarabağ" isə APOEL-i mübarizədən kənarlaşdırsa PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə görüşəcək. Quliyev komandalarımızın "pley-off" mərhələsindəki və qrupa düşmək şanslarını da analiz etdi: "Əlbəttə, "pley-off"da "div"lərdən biri ilə oynayacaqlar. "Malmö"nü "Ayaks"la müqayisə etmək olmaz. "Ayaks" on baş üstün komandadı. "Malmö"nü keçmək üçün şanslar 40 faiz, yaxud, bərabər ola bilər. "Ayaks"ı "aşırmaq" isə çətin məsələdi. Klublarımızın hansının qrup mərhələsiə düşmək şansının çox olmasına gəlincə, əlbəttə arzu edərdik ki, hər ikisi bunu bacarsın. Ancaq bu bizim istəmiyizlə olan deyil. Çünki futbol oynamaq lazımdı. Şans baxımından bir şeyi vurğulamaq istərdim. "Qarabağ"ın yeni aldığı ispan (Xayme Romeronu nəzərdə tutur - M.) futbolçu mənim çox xoşuma gəldi. Bunu vurğulamaq istərdim ki, o futbolçu belə ağır oyunlar üçündü. Ola bilər ki, məhz o, APOEL, yaxud "Ayaks" və digər üstün klublarla görüşdə komandanı vəziyyətdən çıxara biləcək yeganə futbolçudu. bunu sizə deyirəm, yadınızda saxlayın. Çünki futbolçuya baxanda bilinir ki, böyük futbol görüb və legionerlərdən daha üstündü. Ümumilikdə heyətdə olan yaradıcılıq baxımından "Qarabağ" üstündü və qrup mərhələsinə düşməyə yaxındı. Ancaq Allah eləsin ki, o "div" komandaların yarısı olsun. Yəni hamısı başdan-ayağa "div" olmasın".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR