Kamal Quliyev: "Qarabağ" əks-hücumlara üstünlük versə..."

Kamal Quliyev:
Kamal Quliyev "Qarabağ"ın bu gün baş tutacaq "Şerif"lə matçı haqda fikirlərini bildirib.

Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib: "Komandanın necə oynamalı olduğunu yəqin ki, özləri daha yaxşı bilirlər. Amma mərhələni keçmək istəyiriksə rəqibi yormalıyıq, onların müdafiəsini daim təzyiq altında saxlamalı və səhv buraxmağa məcbur etməliyik. O səhvdən də yararlanıb qol vurulmalıdı. Qol vəziyyətləri dərhal reallaşdırılmalıdı. Bu şəkildə istədiyimiz nəticəni qazana bilərik. Komanda əks-hücumlara üstünlük versə, o zaman rəqibin nə vaxtsa hücum zamanı hansısa səhvi buraxacağını gözləməlidi. Bəlkə rəqib də müdafiədən oynayıb, əks-hücumlara bel bağlayacaq. Oyun başlayandan sonra komandanın çıxışına baxsaq o zaman nəsə deməyə əsasımız olacaq.
Rayonda olduğum üçün ilk oyunu izləyə bilməmişdim. Ona görə də baxmadığım oyun haqda nəsə rəy söyləyə bilmərəm. Amma əlbəttə ki, nəticə məni qane etmədi".

Sport7.az

Xəbər lenti