Kamran Ağayev: “... biz bacarmırıq”

Kamran Ağayev: “... biz bacarmırıq”
"Neftçi” ilə oyunun ikinci yarısında "Keşlə”nin qapısına təyin olunan penaltinin rəqib düşərgədə narazılıq doğurduğunu xəbər vermişdik.

Xüsusiylə də Kamran Ağayev İnqilab Məmmədovun penalti qərarından sonra əsəbi görünür və etirazlarını final fitindən sonra hakimlər briqadasına çatdırmışdı.
Təcrübəli oyundan sonra verdiyi müsahibəsində də narazılığını göstərib:

"Qapımıza elə penalti təqyin etdilər ki, buna sakit baxmaq olmur. 2-ci qol bizim planlarımızı pozdu. Həmin qərara qədər oyunu bərabərləşdirmişdik, qol imkanlarımız da var idi.

Bəli, ola bilsin ki, biz heç nə bilmirik, oynamağı bacarmırıq. Heç olmasa hakimlər düzgün idarəçiliyi öyrənsinlər”.

Sport7.az
 

Xəbər lenti